"Qarabağ" dünya reytinqində irəlilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini yenidən açıqlayıb.
Crossmedia.az xəbər verir ki,yeni siyahıda “Qarabağ” 9 pillə irəliləyərək 200 xalla 60-cı yerə yüksəlib.Digər Azərbaycan klublarından “Sabah” 96 xalla 224-cü pillədən 211-ci sıraya qalxıb. “Zirə” isə 63 xalla 389-cu yerdən 418-ci yerə düşüb. “Araz-Naxçıvan” da geriləyərək 59 xalla 456-cı pillədən 486-cı sıraya enib.
Ümumilikdə reytinqdə 502 klub yer alıb və siyahıya 595 xalla Fransanın PSJ komandası başçılıq edir.
12:10 11.02.2026
Oxunuş sayı: 505