Ölkənin bütün kikboksinq ulduzları güclərini sınayacaq- "Xocalı Kuboku 7"
20, 21, 22 fevral tarixlərində Sərhədçi İdman Mərkəzində Azərbaycan Kikboksinq Federasiyası və Xocalı İdman Klubunun təşkilatçılığı ilə “Xocalıya Ədalət – Xocalı Kuboku 7” baş tutacaq.
Crossmedia.az xəbər verir ki, yarışa ölkənin bütün kikboksinq klublarının idmançıları qatılacaq və öz güclərini sınayacaqlar.
Yarışın ilk günü – 20 fevral – idmançıların çəki mərasimi, mətbuat konfransı və peşəkar döyüşçülərin üz-üzə baxışı ilə başlayacaq. 21 fevralda döyüşlər rəsmi açılış mərasimi ilə davam edəcək. Final qarşılaşmaları və qaliblərin mükafatlandırılması isə 22 fevralda baş tutacaq. Həmin gün saat 17:00-da möhtəşəm qala döyüşləri nümayiş olunacaq.
Xocalı Kuboku 7 yalnız zəfər və mükafatların deyil, Xocalı qurbanlarının xatirəsinin yaşadılmasının dəstəkçisi olacaq. Hər döyüş, hər mübarizə bu faciəyə diqqət çəkmək və bunu bir daha xatırlatmaq məqsədi daşıyır.
Türkanə Muradlı
16:05 10.02.2026
Oxunuş sayı: 739