"İdrak" liseyində güllələnən müəllimin son durumu AÇIQLANDI
Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.
Bildirilib ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
Kübra Musayeva
12:46 10.02.2026
Oxunuş sayı: 681