"Qarabağ" Nərimanı "satdı"
"Qarabağ" klubu futbolçusu Nəriman Axundzadənin ABŞ təmsilçisi "Kolumbus Kru"ya mümkün keçidi ilə bağlı məlumat yayıb.
Crossmedia.azxəbər verir ki, bu barədə Azərbaycan çempionunun rəsmi saytında bildirilib.
"Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatmış və tərəflər arasında razılıq əldə olunmuşdur.
Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilmişdir.
Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaqdır".
11:37 10.02.2026
Oxunuş sayı: 453