Qurban Qurbanov “Qarabağ”da islahatlara başladı - Kimləri yola salır?
"Qarabağ"da müdafiənin sol cinahında Elvin Cəfərquliyev və Toral Bayramov ola-ola daha bir futbolçunun transfer edilməsi ortaya yeni ehtimallar çıxartdı.
Ağıla gələn ilk səbəb budur ki, ya Elvin, ya da Toral "Qarabağ"ı tərk edir.
Crossmedia.az Sportinfo.az-a istinadən xəbər verir ki, sportal.az Qnali transferinin əsl səbəbini öyrənə bilib.
Qarşıdakı illər üçün daha möhkəm komanda qurmaq niyyətində olan Qurban Qurbanov müdafiənin sol cinahından o qədər də məmnun deyilmiş.
Elvin Cəfərquliyev hücumlara yaxşı qoşulsa da, bəzi oyunlarda sona qədər sürətə ayaq verə bilmir. Torala gəlincə, o da Qurbanovun müdafiə planında gözləntilərini qarşılamır.
16:54 09.02.2026
Oxunuş sayı: 462