Hər şey plan üzrə gedir: Mədəniyyət abidələri bərpa olunur
Bakıda keçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumunda mədəniyyət sahəsinin hüquqi tənzimlənməsi ilə bağlı aktual məsələlər müzakirə olunub. Mədəniyyət naziri Adil Kərimli çıxışında bu sahədə normativ hüquqi bazanın müasir dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayaraq, hüquqi mexanizmlərin təkmilləşdirilməsinin qaçılmaz olduğunu bildirib.
Nazirin sözlərinə görə, mədəniyyət kimi həssas və çoxşaxəli bir sahənin səmərəli idarə olunması üçün ixtisaslaşmış hüquqşünasların iştirakı mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə hüquqi yanaşmanın peşəkar səviyyədə qurulması mədəniyyət siyasətinin daha sistemli və davamlı şəkildə həyata keçirilməsinə zəmin yaradır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Teatrlarda müxtəlif işlər aparılır, tədbirlər keçirilir. Bu çərçivədə əmək qrupu yaradılır və stasionerlərin qəbulu həyata keçirilir. Biz fəaliyyətlərimizi milli dəyərlərə uyğun, mədəniyyət sahəsində aparılan işlərlə uzlaşdırmışıq. Mədəniyyət abidələrinin bərpası və digər tədbirlər davam edir. Hazırda hər şey plan üzrə gedir. Lakin sual yaranır: birliyin daxilində bu işlərin təşkili necə həyata keçirilir? Hüquqi baza bu təşkilati məsələlərin icrasına imkan verirmi? Bizim məlumatımıza görə, hüquqi baza mövcuddur və tədbirlər bu çərçivədə həyata keçirilir. Əgər hüquqi bazada müəyyən ehtiyaclar varsa, onlar da nəzərə alınır və uyğun təşkilatçılıq təmin edilir".
Elmir Heydərli
11:27 09.02.2026
Oxunuş sayı: 564