Rusiyalı futbol funksioneri “Qarabağ”ın ünvanına zəhər püskürür
Rusiyalı futbol funksioneri Aleksandr Şikunov gözlənilmədən iddia edib ki, Rusiya klubları turnirdə iştirak etsəydi, Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilərdi.
Crossmedia.az xəbər verir ki, o, bu fikirlərini «Euro-Football.Ru» onlayn nəşrinə verdiyi müsahibədə səsləndirib.
“Bütün bu «Qarabağlar», «Bude-Qlimtlər» pley-offa ona görə çıxdılar ki, bizim komandalar yox idi. Bunlar hamısı bizim yerlərdir. «Kayrat», «Qarabağ»ın səviyyəsini yaxşı anlayırıq. Vaxtilə Rusiya Premyer Liqasında oynamış futbolçular indi «Kayrat»da çıxış edir və yüksək nəticə göstərirlər”, — deyə Şikunov iddialı şəkildə bildirib.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının 1/16 final mərhələsində İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.(Bizim.Media)
15:16 08.02.2026
Oxunuş sayı: 355