Azərbaycan millisi Özbəkistanda ikinci yoxlama matçını keçirib
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.
Crossmedia.az AFFA-ya istinadən xəbər verir ki, millimiz Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 ilk yoxlama oyununda 3:2 hesablı qələbə qazanıb.
14:02 08.02.2026
Oxunuş sayı: 329