Çin Trampa mesaj göndərdi: Tayvana silah satışı Pekin səfərini riskə ata bilər
Çin ABŞ-ı xəbərdar edib ki, Tayvana yeni silah satışlarının davam etdirilməsi Prezident Donald Trampın 2026-cı ilin aprelinə planlaşdırılan Pekin səfərini sual altına sala bilər.
Bu barədə crossmedia.az xarici KİV-Ə istinadən xəbər verir.
Xəbərdarlıq Tramp ilə Si Cinpin arasında baş tutan son telefon danışığından sonra edilib. Si Cinpin sözügedən təmasda Tayvan məsələsinin Çin üçün “ən əsas qırmızı xətt” olduğunu xüsusi vurğulayıb. O, Vaşinqtonu silah satışları məsələsində son dərəcə ehtiyatlı davranmağa çağırıb. Məlumata görə, ABŞ administrasiyası hazırda Tayvan üçün növbəti iri həcmli müdafiə paketini nəzərdən keçirir. Bu isə Pekin–Vaşinqton münasibətlərində yeni gərginlik riski yaradır.
18:25 07.02.2026
Oxunuş sayı: 441