Papuaşvili: Brüsselin maliyyələşdirdiyi müdaxilələrə qarşı dayanmağı bacardıq
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Şurası ilə xarici müdaxiləyə qarşı mübarizə sahəsində təcrübə paylaşmağa hazır olduqlarını bildirib.
Crossmedia.az bu barədə Gürcüstan KİV-nə istinadən məlumat verir.
“Bu, müasir informasiya dövründə xarici müdaxiləyə qarşı mübarizənin nə qədər vacib olduğunu bir daha göstərir. Biz görürük ki, son bir neçə il ərzində müxtəlif alətlərdən istifadə olunmaqla — dezinformasiya, nifrət dilinin yayılması yolu ilə — daxili siyasətimizə müdaxilə həyata keçirilir. Təəssüf ki, bu proseslərin əksər hallarda Brüssel tərəfindən maliyyələşdirildiyini müşahidə edirik. Eyni zamanda, biz ölkənin bu cür müdaxilələrə qarşı necə davamlı ola biləcəyini nümayiş etdirmişik”, — deyə Papuaşvili vurğulayıb.
Turqut Ansari
16:40 06.02.2026
Oxunuş sayı: 378