START bitdi: Moskva yeni nüvə strategiyasını açıqlayacaq
Rusiya Federasiyası bu gündən etibarən strateji silahların məhdudlaşdırılmasını nəzərdə tutan START müqaviləsinin hüquqi baxımdan mövcud olmayacağını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rəsmi Moskvanın bəyanatına görə, bununla paralel olaraq strateji nüvə silahları ilə bağlı yeni doktrinal yanaşma üzərində iş aparılır.
Bildirilib ki, yaxın zamanda Rusiyanın strateji nüvə qüvvələrinin inkişafını, istifadəsini və çəkindirmə mexanizmlərini əhatə edən yeni strategiya ictimaiyyətə təqdim olunacaq. Açıqlamada qərarın beynəlxalq təhlükəsizlik mühitində baş verən dəyişikliklər və mövcud risklər fonunda qəbul edildiyi vurğulanıb.
Qeyd olunur ki, START rejiminin faktiki olaraq aradan qalxması qlobal strateji sabitliyə təsir göstərə və nüvə silahlanması sahəsində yeni mərhələnin başlanmasına yol aça bilər.
09:14 05.02.2026
Oxunuş sayı: 488