AMEA-da Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıqla bağlı müzakirələr aparılıb
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Yunus Əmrə İnstitutunun Bakı koordinatoru Gökhan Seyhanla görüşüb.
Bu barədə Crossmedia.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, görüş zamanı akademik İsa Həbibbəyli dövlət başçısının “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamından irəli gələrək AMEA-da artıq müxtəlif tədbirlərin keçirildiyini, ümumilikdə 30-a yaxın kitabın nəşrinin nəzərdə tutulduğunu və bu prosesin il ərzində davam edəcəyini söyləyib.
Gökhan Seyhan isə Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi və mədəni tarixində mühüm rolunu vurğulayaraq, yubiley tədbirlərinin yüksək səviyyədə təşkili üçün birgə fəaliyyətin əhəmiyyətinə toxunub.
Görüşdə AMEA və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransa hazırlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
11:03 02.02.2026
Oxunuş sayı: 373