Özbəkistan Geologiya universiteti ilə BDU arasında əməkdaşlıq müzakirə olunub
Özbəkistan Geologiya universitetinin müəllimləri Bakı Dövlət Universitetində (BDU) olublar.
Crossmedia.az xəbər verir ki, onlar BDU-nun Geologiya universitetində bir sıra görüşlər keçiriblər.

Görüş zamanı ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edəcəklər.
Sərgidə 10-dan artıq universitet və 30-a yaxın nümayəndə iştirak edəcək.
Xatırladaq ki, sərgi INGLA International ETC , Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyi, Özbəkistanın Ali Təhsil Nazirliyinin təşkilatçılığı, AMEA Mərkəzi Elmi Kitabxanası və CrossMedia-nın dəstəyi ilə həyata keçirilir.
Elmir Heydərli
15:14 30.01.2026
Oxunuş sayı: 509