Özbəkistan universitetlərinin professor-müəllim heyəti Birinci Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər
Özbəkistan ali məktəblərinin professor-müəllim heyəti Birinci Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Crossmedia.az xəbər verir ki, onlar Fəxri Xiyabanda Ümumilli Lider Heydər Əliyevin və görkəmli oftolmoloq-alim Zərifə Əliyevin abidəsi önünə əkillər qoyublar.
Ardınca nümayəndə heyəti Şəhidlər Xiyabanında olub.
Qeyd edək ki, özbək qonaqlar yanvarın 31-də Bakıda keçiriləcək Özbəkistan Universitetlərinin İkinci Təhsil Sərgisində iştirak etmək məqsədilə ölkəmizə gəliblər.
Elmir Heydərli
11:17 30.01.2026
Oxunuş sayı: 566