Təhsil İdarəsi: İmişlidə məktəb direktorunun şagirdi vurması ilə bağlı iddialar araşdırılır
İmişlidə məktəb direktorunun şagirdi vurması ilə bağlı iddialar araşdırılır.
Crossmedia.az "Report"-a istinadən xəbər verib.
Bildirilib ki, sosial mediada yayılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma başlayıb:
"Məsələ nəzarətə götürülüb, şagirdi vuran şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi yoxlanılır".
12:54 29.01.2026
Oxunuş sayı: 478