İran internetə qoyulan məhdudiyyətləri aradan qaldırır
İran yanvar ayının əvvəlindən qüvvədə olan ölkədə beynəlxalq internetə girişə qoyulan məhdudiyyətləri aradan qaldırır.
"Crossmedia" xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.
"Hazırda bütün sektorlarda milli internet platformasında olan məhdudiyyətlər aradan qaldırılıb, həmçinin artıq yanvarın 19-dan başlayaraq beynəlxalq internet məhdudiyyətləri də tədricən aradan qaldırılır.
İranın Prezidenti Məsud Pezeşkian müvafiq orqanlara ünvanladığı məktubda internet bazarını canlandırmaq və cəmiyyətin beynəlxalq internetə çıxışını təmin etmək üçün bütün məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib. Bu proses hazırda həyata keçirilmə mərhələsindədir", - agentliyin həmsöhbəti bildirib.
13:09 26.01.2026
Oxunuş sayı: 365