Saar: İsrail və ABŞ birlikdə İranın nüvə yolunu kəsdi
Donald Trampın rəhbərliyi altında İsrail və ABŞ İranın nüvə ambisiyalarını geri atıb.
Crossmedia.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, həmçinin regionda təhlükəsizliyə töhfə verib.
İsrail hesab edir ki, İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır", - G.Saar əlavə edib.
13:39 26.01.2026
Oxunuş sayı: 441