İsrail XİN başçısı: İsrail və Azərbaycan sülhə fokuslanan ölkələrdir
İsrail və Azərbaycan sülhdə maraqlı olan ölkələrdir.
Crossmedia.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
"Diplomatik münasibətlərin qurulmasından etibarən əlaqələrimiz bir çox sahədə əhəmiyyətli dərəcədə genişlənib və dərinləşib. Üç il əvvəl Bakıda İsrail səfirliyinin açılması strateji tərəfdaşlığımızı daha da möhkəmləndirən mühüm addım olub", - G.Saar vurğulayıb.
13:26 26.01.2026
Oxunuş sayı: 406