Azərbaycan və İsrail Mərkəzi Asiyaya birgə çıxış imkanlarını nəzərdən keçirib – Bayramov
Azərbaycan və İsrail Mərkəzi Asiya bazarlarına birgə çıxış perspektivlərini qiymətləndiriblər.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda israilli həmkarı Gideon Saarla birgə keçirilən brifinqdə bildirib.
"İsrailli həmkarım Gideon Saarla görüş zamanı İsrail iş adamları üçün Azərbaycandakı imkanlar və perspektivlər qiymətləndirilib. Xüsusilə, azad iqtisadi zona, Azərbaycanda layihələrin həyata keçirilməsi, həmçinin çox böyük və perspektivli Mərkəzi Asiya bazarına çıxış kimi istiqamətlərdə çox maraqlı fikir mübadiləsi baş tutdu", - o qeyd edib.
13:54 26.01.2026
Oxunuş sayı: 389