Ukrayna Rusiyanın enerji və müdafiə infrastrukturunu hədəfə aldı
Ukrayna qüvvələri Rusiyanın Krasnodar diyarı ərazisində yerləşən Tamannefteqaz neft terminalına zərbələr endirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına məlumat yayıb.
Rəsmi məlumatda bildirilib ki, hücum nəticəsində dəymiş ziyanın həcmi hazırda müəyyənləşdirilir.
Bununla yanaşı, Krımda yerləşən hava hücumundan müdafiə obyektlərinin də vurulduğu qeyd olunub. Xüsusilə Yevpatoriya yaxınlığındakı radiolokasiya stansiyası (RLS) və digər hərbi hədəflər zərbələrə məruz qalıb.
Baş Qərargahın açıqlamasına görə, müvəqqəti işğal olunmuş ərazilərdə də bir sıra hədəflər məhv edilib. Belə ki, Xerson vilayətində pilotsuz uçuş aparatları üçün anbar, komanda məntəqəsi və sursat anbarı vurulub. Donetsk vilayətində isə Rusiya qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi ərazi hədəfə alınıb.
Ukrayna tərəfi qeyd edir ki, bu zərbələr Rusiyanın hərbi-logistika imkanlarının zəiflədilməsi məqsədi daşıyır.
16:05 22.01.2026
Oxunuş sayı: 1329