"Araz-Naxçıvan" təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib
"Araz-Naxçıvan" klubu təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
Crossmedia.az xəbər verir ki, komanda I Liqa təmsilçisi "Zaqatala" ilə qarşılaşıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçirilən görüş Naxçıvan komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Şarl Boli, Patrik Andrade, Hamidu Keyta və Ülvi İsgəndərov vurublar.
Qeyd edək ki, daha əvvəl "Qəbələ"yə minimal hesabla uduzan "Araz-Naxçıvan" klubun əvəzedici komandasını 7 cavabsız qolla üstələyib.
16:34 18.01.2026
Oxunuş sayı: 1220