Sabunçuda 10 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb. Ondan 9 kiloqram 955 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.
Araşdırmalar davam etdirilir.

15:06 18.01.2026
Oxunuş sayı: 1129