Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir matç baş tutacaq
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün daha bir matç baş tutacaq.
Crossmedia.az xəbər verir ki, VIII turdan təxirə salınmış oyunda "Gənclər" "Abşeron"la üz-üzə gələcək.
Qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 17:00-da başlayacaq.
10:18 18.01.2026
Oxunuş sayı: 1110