Biləsuvarın bir kəndində qaz təchizatı dayandırılacaq
Sabah Biləsuvarın bir kəndində qaz təchizatı dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, rayonun Xırmandalı kəndində yeraltı qaz xəttində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə ümumilikdə 1 100 abonentin qaz təchizatının 19 yanvar saat 14:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etmək xahiş edilir.
11:35 18.01.2026
Oxunuş sayı: 1878