Azərbaycan benzini Ermənistan bazarını silkələdi
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycandan yanacağın idxalı ölkədə uzun müddət mövcud olan monopoliyaları mənfəətdən məhrum edib və qiymətləri orta hesabla 15% azaldıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Paşinyan sosial şəbəkələrdə qeyd edib ki, Bakı ilə ticarətin əleyhinə olan narahatlıqlar yersizdir və Ermənistanın Azərbaycan iqtisadiyyatı və ordusunu maliyyələşdirdiyi barədə iddialar əsassızdır. O, həmçinin Azərbaycanın idxal etdiyi benzinin Ermənistanın hərbi texnikasında istifadə olunması barədə iddiaları rədd edib.
Baş nazir vurğulayıb ki, tərəflər arasında sülh mövcuddur və bu institusional səviyyədə möhkəmlənəcək.
Kübra Musayeva
16:19 13.01.2026
Oxunuş sayı: 1792