Zəngəzur dəhlizi 2030-cu ilə qədər istifadəyə verilə bilər – Türkiyəli nazir
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Zəngəzur dəhlizi 2030-cu ilə qədər tam istifadəyə verilə bilər.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, nazir qeyd edib ki, 224 km-lik Qars-Iğdır-Aralık-Dilucu dəmir yolu Zəngəzur dəhlizində mühüm əhəmiyyət kəsb edir. O əlavə edib ki, Azərbaycan tərəfi Naxçıvan istiqamətində yarımçıq qalan işlərin icrasına bu il başlayacaq.
Uraloğlu həmçinin tikintidə ABŞ-nin iştirakını vurğulayıb və bildirib ki, Türkiyə tərəfi bu il üçün zəngəzur istiqamətində irəliləyiş gözləyir.
Nəzrin Abbas
17:55 13.01.2026
Oxunuş sayı: 993