Məktəbli bacı-qardaşı avtomobillə vuran şəxsə cəza verildi
Avtomobillə məktəbli bacı-qardaşı vuraraq öldürməkdə təqsirləndirilən Vurğun Quluzadənin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Crossmedia.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Vurğun Quluzadə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 263-1.4.-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
15:43 13.01.2026
Oxunuş sayı: 1150