Rusiya son sutkada Odessanı yenidən atəşə tutub
Son sutka ərzində Rusiya Odessə vilayətinə qarşı hücumlarını davam etdirib. Regionun sənaye və liman infrastrukturuna dron və aviasiya zərbələri endirilib. Hava hücumundan müdafiə qüvvələrinin əksər hədəfləri məhv etməsinə baxmayaraq, bir sıra obyektlər zərər görüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Odessə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin bildirdiyinə görə, elevatorlardan birinin ərazisində taxılın daşınması üçün istifadə olunan avadanlıqlar zədələnib. Hücum nəticəsində ölən və yaralanan olmayıb.
Bundan əlavə, bitki yağı istehsalı ilə məşğul olan müəssisənin ərazisinə pilotsuz uçuş aparatının düşməsi qeydə alınıb. Hadisə istehsal prosesinə ciddi təsir göstərməyib.
Hadisə yerlərində aidiyyəti qurumların əməkdaşları fəaliyyət göstərir.
Günel Verdiyeva
16:20 27.12.2025
Oxunuş sayı: 1037