“Bakı Metropoliteni”nin Təchizat Departamentinə yeni rəis təyin edilib
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Təchizat Departamentinə yeni rəis təyin edilib.
Crossmedia.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, QSC-nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə sözügedən vəzifəyə İlyas Bağıyev təyin olunub.
Qeyd edək ki, İlyas Bağıyev bundan əvvəl SOCAR-ın Geofizika və Geologiya İdarəsinin satınalma şöbəsinin rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, bu ilin mart ayında "Bakı Metropoliteni"nin Təchizat Departamentinə rəis təyin olunan Tərlan Həsənli bir neçə ay sonra öz istəyi ilə vəzifədən azad edilib.
13:58 27.12.2025
Oxunuş sayı: 1155