16 yaşdan aşağı uşaqlar sosial şəbəkələrdə hesab aça bilməyəcək - Ekspertlər danışdı
Parlamentin dünənki plenar iclasında Azərbaycanda 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasının qadağan olunması təklif edilib.
Qeyd olunub ki, bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı müzakirə keçirilməlidir.
Spiker Sahibə Qafarova isə bu məsələyə növbəti sessiyada baxılacağını söyləyib.
Deputatın səsləndirdiyi fikir barədə Crossmedia.az-a danışan hüquqşünas - ekspert, Ramil Süleymanov söyləyib ki, bir sıra ölkələrdə, 13 yaşına çatmış şəxslərin sosial şəbəkələrdən istifadə etməsinə icazə verilir: "Azərbaycan Respublikasının Mülki Məcəlləsində uşaqların, azyaşlıların, yetkinlik yaşına çatmayan şəxslərin müəyyən hüquqları, o cümlədən onlar tərəfindən hər hansı vəzifələrin icrası və ya hərəkətlərin edilməsi ilə bağlı icazələrin verilməsi nəzərdə tutulmuşdur. Düşünürəm ki, 16 yaş çox yuxarı bir rəqəmdir. Hesab edirəm ki, 14 yaşında bir halda bəzi cinayətlərə görə 14 yaş məsuliyyətə cəlb etmə yaşı hesab olunur. Hesab edirəm ki, bu məsələ ilə bağlı 14 yaşından uşaqlara sosial şəbəkələrdən istifadə etmək, o cümlədən müəyyən platformalara daxil olmağa icazə verilməsi daha məqsədəuyğun ola bilər".

Sosiloq Əhməd Rəhmənov isə təklifi müsbət qarşılayıb: "Münasibət əladır. İnternet soyuq silaha bənzəyir. Əgər siz silahla ailənizə qida əldə edirsiniz, özünüzü qoruyursunuzsa, bir başqası bununla adam öldürür, cinayət edir. Odur ki, buna nəzarət olmalıdır".

Röya Məmmədova
16:55 27.12.2025
Oxunuş sayı: 3756