Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi Prezident İlham Əliyevi təbrik edib
Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Təbrik məktubunda qeyd olunur ki, Gürcüstanda yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin qayğısını və dəstəyini yüksək qiymətləndirir. Məktubda həmçinin vurğulanır ki, Azərbaycan dövləti Prezidentin rəhbərliyi altında böyük uğurlar əldə edir və beynəlxalq arenada nüfuzunu artırır.
Nəriman Qurbanov AZEBİ adından bildirib ki, birlik Prezidentin həyata keçirdiyi məqsədyönlü siyasəti dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Məktubun sonunda Prezident İlham Əliyevə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətində uğurlar arzulanır.
Təbrik məktubu AZEBİ-nin rəsmi nümayəndəsi tərəfindən təqdim edilib.
10:59 26.12.2025
Oxunuş sayı: 1124