Rusiya Federasiyası Atıcılıq İttifaqının Qəyyumlar Şurasının sədri Vladimir Lisin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib.
Crossmedia.az xəbər verir ki, təbrik məktubunda Lisin Prezident İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi və yorulmaz səylərinin Azərbaycanın inkişafının etibarlı əsasını təşkil etdiyini vurğulayıb.
O, dövlət başçısına möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə fəaliyyətində tükənməz enerji və yeni uğurlar arzulayıb.