Tramp "Epşteyn işi" üzrə bütün adların açıqlanmasını tələb edib
ABŞ Prezidenti Donald Tramp Ədliyyə Nazirliyindən "Epşteyn işi" adlandırılan dosyedə adı keçən bütün şəxslərin adlarının tam şəkildə ictimaiyyətə açıqlanmasını tələb edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, prezident bildirib ki, Ədliyyə Nazirliyi vaxtını demokratlar tərəfindən uydurulduğunu iddia etdiyi bu işə sərf edir. Onun sözlərinə görə, Epşteynlə əməkdaşlıq edənlər respublikaçılar deyil, məhz demokratlar olub. Tramp bütün adların dərc edilməsini və günahkarların ifşa olunmasını tələb edib.
Tramp, həmçinin qeyd edib ki, "radikal solçular" Ağ Evin və Respublikaçı Partiyanın siyasətinin müsbət nəticələrini bilərəkdən görməzdən gəlir və diqqəti çoxdan vəfat etmiş Ceffri Epşteynlə bağlı iş üzərində cəmləşdirir.
Qeyd edək ki, noyabrın 20-də Donald Tramp Epşteyn işi üzrə bütün materialların açıqlanması barədə sərəncam imzalamışdı. Dekabrın sonunda ABŞ Ədliyyə Nazirliyi sənədlərin məxfiliyinin aradan qaldırılmasına başlasa da, təxminən 550 səhifə tamamilə qaraldılmış formada dərc olunub.
Nigar Yahyazadə
16:06 27.12.2025
Oxunuş sayı: 1071