Avropa liderləri Tramp və Zelenski ilə telefon danışığı aparacaq
Avropa liderləri dekabrın 27-də ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı keçirəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən danışıq ABŞ-də planlaşdırılan Tramp–Zelenski görüşü ərəfəsində baş tutacaq. Telefon danışığında Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin də iştirak edəcəyi bildirilir.
Nigar Yahyazadə
15:45 27.12.2025
Oxunuş sayı: 1152