Moskva üç ildə “İstanbullaşdı” – şəhərdə türk mədəniyyətinin təsiri artır
Son üç ildə Moskva şəhərində türk mədəniyyətinin təsirləri getdikcə artır.
Bu barədə Crossmedia.az rusdilli “Moskviç Mag” jurnalında dərc olunan məqaləyə istinadən xəbər verir.
Müəllif Darya Tyukova şəhərin yavaş-yavaş İstanbula bənzədiyini bildirir.
Məqalədə qeyd olunur ki, şəhərin mərkəzində hər addımbaşı kabab dükanları açılıb, çay artıq türk stəkanlarında verilir, restoranlar “Taksim”, “Marmaris”, “Bosfor” kimi adlarla fəaliyyət göstərir.
Həmçinin, paxlava, dönər, türk səhər yeməkləri və rahat-lokum ticarət mərkəzlərində populyardır.
Avropalı brendlər əvvəlki kimi üstünlük daşımır; əvəzinə "LC Waikiki", "Koton" və "DeFacto"kimi türk markaları daha çox seçilir.
Müəllif həmçinin şəhərdəki həyat tərzində də dəyişiklikləri vurğulayır: ucuz, rəngarəng, dadlı və emosional bir atmosfer hakimdir.
Moskva sanki “şərq dalğasına” qoşularaq, bir əlində paxlava, digər əlində ayran ilə yeni bir ritm qazanıb.
Mehriban İbrahimli
16:53 23.12.2025
Oxunuş sayı: 1111