Türkiyə Qara Dənizdə gəmi monitorinq sistemini genişləndirəcək
Türkiyə Qara Dənizdə gəmiçilik təhlükəsizliyini təmin etmək üçün monitorinq sistemini genişləndirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Əbdülqadir Uraloğlu NTV-nin efirində bildirib.
Nazir qeyd edib ki, Türkiyə həm Dardanel, həm də Bosfor boğazlarında gəmilərin keçidini izləyən dəniz monitorinq sistemini Mərmərə dənizi və Qara Dənizə genişləndirməyi planlaşdırır. Həmçinin, Şərqi Aralıq dənizində Mersindən Kiprə qədər ərazidə vəziyyəti daha yaxşı izləmək üçün sistemin tətbiqi nəzərdə tutulur.
Ötən həftə Türkiyə enerji obyektlərini dron təhdidlərinə qarşı qorumaq üçün əlavə tədbirlər də görüb.
Nəzrin Abbas
14:04 23.12.2025
Oxunuş sayı: 1097