Donald Tramp “The New York Times” qəzetini “xalqın düşməni” adlandırıb
ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetini milli təhlükəsizlik üçün təhdid və xalqın düşmənləri adlandırıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bildirib ki, qəzet yalan məlumatlar yayır və faktları qəsdən təhrif edir. Lakin prezident konkret olaraq hansı məqalənin onun narazılığına səbəb olduğunu açıqlamayıb.
Qəzetin bu günkü sayının ilk səhifəsi Ukraynanın Rusiya kölgə donanmasına aid neft tankerlərinə zərbələrinə və Trampın Bayden administrasiyasının belə zərbələrə qoyduğu qadağanı ləğv edə biləcəyi ehtimalına həsr olunub.
Pərvin Hacıyeva
12:51 23.12.2025
Oxunuş sayı: 1231