Venesuela Hərbi Dəniz Qüvvələri neft gəmilərini müşayiət edir
Venesuelanın Hərbi Dəniz Qüvvələri ölkədən çıxan neft məhsulları daşıyan gəmiləri müşayiət etməyə başlayıb. Bu addım ABŞ-ın Cənubi Karib hövzəsində sanksiya altında olan neft tankerini ələ keçirməsindən və Prezident Donald Trampın “blokada” ilə bağlı hədələrindən sonra atılıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, José limanından Asiyaya istiqamətlənən karbamid, neft koksu və digər neft əsaslı məhsullar daşıyan bir neçə gəmi Venesuela Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri tərəfindən müşayiət olunub.
Bu addım ölkənin enerji ixracını qorumaq və xarici təzyiqlərə qarşı təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.
Türkan Kərimli
22:47 19.12.2025
Oxunuş sayı: 968