Makron: Avropa Rusiya ilə dialoqu bərpa etməlidir
Fransa Prezidenti Emmanuel Makron Brüsseldə keçirilən Aİ sammitindən sonra Avropanın Rusiya ilə dialoqu bərpa etməsinin vaxtının çatdığını bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Makron vurğulayıb: “İnanıram ki, Vladimir Putinlə danışıqlar yenidən faydalı olacaq. Əks halda, nizamlanma məsələlərini öz aramızda və danışıqlar aparanlarla müzakirə edəcəyik ki, bu da optimal deyil. Putinlə dialoqa ehtiyac var və mən bu məsuliyyəti üzərimə götürməyə hazıram”.
Prezident əlavə edib ki, Rusiya ilə dialoqun bərpası həm Fransanın, həm də Avropanın maraqlarına uyğundur.
21:53 19.12.2025
Oxunuş sayı: 959