Rusiya: 10 saat ərzində 12 Ukrayna PUA-sı məhv edilib
Hava hücumundan müdafiə sistemləri 10 saat ərzində Rusiya bölgələri üzərində Ukraynaya məxsus 12 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, Moskva vaxtı ilə səhər saat 08:00-dan axşam 18:00-dək hava hücumundan müdafiə vasitələri sabit qanadlı PUA-ları zərərsizləşdirib. Dronlardan doqquzu Belqorod vilayəti, biri Bryansk vilayəti, biri Samara vilayəti və biri isə Qara dəniz üzərində vurulub.
Nazirlik həmçinin qeyd edib ki, dekabrın 19-na keçən gecə hava hücumundan müdafiə sistemləri Rusiya ərazisi üzərində ümumilikdə 94 Ukrayna PUA-sını məhv edib. Ən çox dron - 36 ədəd - Rostov vilayəti üzərində vurulub.
Türkan Kərimli
21:06 19.12.2025
Oxunuş sayı: 1234