Putin Ukraynada keçiriləcək seçkilərlə bağlı açıqlama verib
Rusiya Prezidenti Vladimir Putin Ukraynada baş tutacaq seçkilərlə bağlı danışıb. Onun sözlərinə görə, Rusiyada yaşayan Ukrayna vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi vacibdir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Putin bildirib ki, Moskva səsvermə prosesinin təhlükəsizliyinin təmin olunması məsələsini nəzərdən keçirməyə hazırdır. O, həmçinin qeyd edib ki, seçkilər dövründə Ukrayna ərazisinin dərinliklərinə endirilən zərbələrdən müvəqqəti olaraq imtina etmək imkanı da müzakirə oluna bilər.
Qeyd edək ki, Rusiya liderinin bu açıqlaması Ukraynada planlaşdırılan seçkilər fonunda diqqət çəkib.
Fatimə Məmmədova
20:26 19.12.2025
Oxunuş sayı: 938