Ukrayna Xəzərdə neft platformasını vurdu
Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) Xəzər dənizində Rusiyanın “Lukoyl” şirkətinə məxsus daha bir neft hasilatı platformasına pilotsuz uçuş aparatları ilə zərbə endirib. Bu, son dövrdə vurulan üçüncü platformadır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə hücum “Rakuşeşnoye” (Valeri Qrayfer adına) yatağında yerləşən qazma qurğusuna edilib.
Bildirilib ki, pilotsuz uçuş aparatının bort kamerası zərbənin platformanın qaz-turbin qurğusunun yerləşdiyi sahəyə dəqiq tuş gəldiyini və hədəfin uğurla vurulduğunu qeydə alıb.
Xəzər dənizində enerji infrastrukturuna yönələn bu hücum regionda təhlükəsizlik və enerji təchizatı baxımından yeni suallar doğurur. Dəniz sakit görünür, amma dalğaların altında gərginlik böyüyür.
Sevinc Yarməmmədova
19:17 19.12.2025
Oxunuş sayı: 936