Özbəkistanda Yaponiya modelinə əsaslanan xüsusi iqtisadi zona yaradılacaq
Özbəkistanda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə Yaponiya modelinə əsaslanan xüsusi iqtisadi zona yaradılması planlaşdırılır.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Yeni xüsusi iqtisadi zona fərqli iş qaydalarına malik olacaq, qabaqcıl texnologiyaların tətbiqi, robotlaşdırma, rəqəmsal həllər və yüksək texnologiyalı, ixracyönümlü istehsalın inkişafına yönələcək.
Son səkkiz ildə Özbəkistan və Yaponiya arasında ticarət dövriyyəsi iki dəfə artıb, ölkədə fəaliyyət göstərən yapon şirkətlərinin sayı isə on dəfə çoxalıb.
Sammitin yekununda Özbəkistan prezidenti və Yaponiya İqtisadiyyat Naziri bir sıra ikitərəfli sazişlər imzalayıblar.
Tokio səfəri çərçivəsində Mirziyoyev Yaponiya imperatoru Naruhito, Senatın sədri Masakazu Sekiquçi və Nümayəndələr Palatasının sədri Fukuşiro Nukagiylə də görüşlər keçirib.
Türkanə Məşədiyeva
18:53 19.12.2025
Oxunuş sayı: 911