Səudiyyə Ərəbistanında səhraya qar yağdı
Səudiyyə Ərəbistanında qeyri-adi hava şəraiti müşahidə olunub. Ölkənin bir neçə regionunda, o cümlədən dağlıq ərazilərdə və səhralarda qar yağıb.
Crossmedia.az bildirir ki, paytaxt Ər-Riyadda hava şəraitinin kəskin pisləşməsi səbəbindən məktəblilər distant təhsilə keçirilib. Bəzi bölgələrdə havanın temperaturu sıfır dərəcədən aşağı düşüb, avtomobil yollarında isə buzlanma yaranıb.
18:47 19.12.2025
Oxunuş sayı: 970