UTX Aralıq dənizində Rusiya tankerini vurdu
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ilk dəfə olaraq Rusiya Federasiyasının “kölgə donanması”na aid tankeri Aralıq dənizinin neytral sularında məhv edib.
Bu barədə Crossmedia.az UTX-dəki mənbələrin UNİAN-a bildirdikləri məlumata istinadən xəbər verir.
Məlumata görə, əməliyyat Ukrayna ərazisindən 2000 kilometrdən artıq məsafədə həyata keçirilib. Xüsusi əməliyyat zamanı hava pilotsuz uçuş aparatları ilə "QENDIL" adlı tanker vurulub.
Xüsusi xidmət orqanlarının məlumatına əsasən, gəmi kritik zədələr alıb və artıq təyinatı üzrə istifadə oluna bilməz.
Mehriban İbrahimli
17:00 19.12.2025
Oxunuş sayı: 1111