Putinin illik mətbuat konfransında səsləndirdiyi əsas bəyanatlar
Rusiya prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş ənənəvi mətbuat konfransında bir sıra mühüm açıqlamalarla çıxış edib.
Bu barədə Crossmedia.az TASS agentliyinin yaydığı məlumata istinadən xəbər verir.
Prezident aşağıdakı məsələlərə toxunub:
Putin bildirib ki, Rusiya hələlik Kiyevin ərazi məsələsini müzakirə etməyə hazır olduğunu görmür;
Bununla yanaşı, Ukrayna tərəfindən dialoqa hazırlıqla bağlı müəyyən siqnalların olduğu qeyd edilib;
Rusiya prezidenti Ukrayna üzrə danışıqlara öz tezisləri əsasında hazır olduqlarını təsdiqləyib;
Onun sözlərinə görə, strateji təşəbbüs tam şəkildə Rusiya Silahlı Qüvvələrinin əlindədir, qoşunlar bütün istiqamətlər üzrə irəliləyir, qarşı tərəf geri çəkilir;
Putin yaxın vaxtlarda Krasnı Limanın azad ediləcəyini, daha sonra irəliləyişin Slavjansk istiqamətində davam edəcəyini deyib;
Prezident Ukrayna Silahlı Qüvvələrinin Krasnoarmeyskin heç olmasa bir hissəsini geri almağa cəhd etdiyini, lakin ciddi itkilər verdiyini bildirib;
Zaporojye vilayətində Rusiya qoşunlarının yaşayış məntəqələrini bir-bir nəzarətə götürdüyü, Qulyaypolenin yarısının artıq nəzarətdə olduğu vurğulanıb;
Putin Kupyanskın Rusiya Silahlı Qüvvələrinin nəzarətində olduğunu təsdiqləyib;
O, 2025-ci ilin sonunadək Rusiya ordusunun yeni uğurlar qazanacağına əminliyini ifadə edib;
Prezident son üç ildə Rusiya iqtisadiyyatının 9,7 faiz artdığını və bunun Avropa ölkələrindən xeyli yüksək olduğunu bildirib;
Putinin sözlərinə görə, Avropada Rusiya aktivlərinin müsadirəsi avrozonaya inamın sarsılmasına gətirib çıxaracaq;
Rusiya aktivlərinin mümkün müsadirəsi halında ölkənin siyasi qərarlardan asılı olmayan məhkəmələrdə öz hüquqlarını müdafiə edəcəyi qeyd olunub;
Prezident vurğulayıb ki, Avropa gec-tez Rusiya aktivlərindən “oğurlananları” geri qaytarmağa məcbur qalacaq;
Putin bildirib ki, Rusiya Silahlı Qüvvələri cəbhənin bütün sahələrində dronların sayına görə qarşı tərəfi üstələyir;
Dövlətin cəbhə üçün pilotsuz uçuş aparatları hazırlayan yerli mühəndisləri dəstəkləyəcəyi açıqlanıb;
Prezidentin sözlərinə görə, 2025-ci ildə artıq 400 mindən çox insan Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayıb.
Mehriban İbrahimli
16:53 19.12.2025
Oxunuş sayı: 1583