Netanyahu: Fələstin dövlətinin tanınmasına çağırışlar HƏMAS-a mükafat kimi təqdim olundu
İsrailin Baş naziri Benyamin Netanyahu 7 oktyabr hadisələrindən sonra bəzi ölkələrin Fələstin dövlətinin tanınmasını dəstəkləməsini və bu istiqamətdə çağırışlar etməsini sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki,onun sözlərinə görə, bu cür addımlar mahiyyət etibarilə HƏMAS-ın hərəkətlərini mükafatlandırmaq anlamına gəlir. Netanyahu bildirib ki, həmin qərarlar və bəyanatlar təhlükəli mesaj ötürür:
“Bu addımlarla verilən mesaj belədir: yəhudiləri öldürün və bunun qarşılığında mükafat alın.”
İsrailin baş naziri vurğulayıb ki, terror hücumlarından sonra Fələstin dövlətinin tanınması məsələsinin gündəmə gətirilməsi regionda sülhə deyil, əksinə, zorakılığın təşviqinə xidmət edir. O, beynəlxalq ictimaiyyəti terrorla mübarizədə daha prinsipial mövqe sərgiləməyə çağırıb.
Netanyahunun bu açıqlaması Yaxın Şərqdə vəziyyətin gərgin olaraq qaldığı və diplomatik müzakirələrin davam etdiyi bir dövrə təsadüf edir.
Nastya Qəniyeva
14:36 19.12.2025
Oxunuş sayı: 986