“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Crossmedia.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.
Sənədə əsasən, MMC “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə yaradılıb.
18:43 17.12.2025
Oxunuş sayı: 882