Ermənistan 44 günlük müharibədə məhv olmuş hərbçilərin siyahısını təqdim edib
Ermənistanın “Faktların yoxlanılması platforması” 44 günlük müharibədə məhv edilmiş erməni hərbçilərin siyahısını təqdim edib.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Bildirilir ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra ictimaiyyət tərəfindən tez-tez sual olunur: niyə məhv edilmiş erməni hərbçilərin adları açıqlanmır.
Platforma “Zinapah” fondunun saytındakı məlumatları ayıraraq 44 günlük müharibədə həlak olmuş hərbçilərin adlarından ibarət baza yaradıb. Siyahıda yalnız fondun benefisiarı olan və yaxınları tərəfindən dərcinə razılıq verilmiş şəxslərin fotoşəkilləri və qısa hekayələri yer alıb.
Baza məlumatlarına görə, saytda göstərilən məhv edilmiş erməni hərbçilərin sayı 3246 nəfərdir. Halbuki, rəsmi açıqlamalarda bu göstərici 3833 nəfər göstərilir.
Platforma qeyd edib ki, 44 günlük müharibədən ötən 5 ildən çox müddət ərzində ölənlərin və yaralananların adları rəsmi şəkildə açıqlanmamışdır.
16:18 17.12.2025
Oxunuş sayı: 920