Qazaxıstan deputatı zərbə çağırışlarının araşdırılmasını tələb edib
Qazaxıstan parlamentinin deputatı Aydos Sarım sosial şəbəkələrdə Xəzər Boru Kəməri Konsorsiumuna və digər kritik infrastruktura zərbələr endirilməsinə çağırış edən şəxslərin yoxlanılmasını tələb edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, deputat bu cür çağırışların terrorizmin təbliği və dövlətə xəyanət kimi qiymətləndirilməsini təklif edib.
O bildirib ki, kpnsorsiuma edilən hücum ciddi iqtisadi zərər vurub. Onun sözlərinə görə, boru kəməri vasitəsilə həyata keçirilən ixrac ölkəyə illik təxminən 30 milyard dollar gəlir gətirir, kəmərin fəaliyyətinin dayanması isə ayda 500 milyon dollara qədər itkiyə səbəb ola bilər.
Deputat xatırladıb ki, hücum 29 noyabr tarixində Ukraynaya məxsus dəniz dronunun tətbiqi ilə həyata keçirilib və Qazaxıstan hakimiyyəti tərəfindən yolverilməz hal kimi qiymətləndirilib.
Nigar Yahyazadə
16:13 17.12.2025
Oxunuş sayı: 848